Ağstafa, 11 mart, AZƏRTAC
Ağstafa Musiqi və İncəsənət Mərkəzi bu ilin sonunadək istifadəyə veriləcək.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, şəhərin Hüseyn Arif küçəsində inşa olunan Mərkəzdə monolit beton bünövrənin qoyulması başa çatdırılıb. Hazırda ikinci mərtəbədə beton arakəsmələrin quraşdırılması davam etdirilir.