“Bakcell” Azərbaycanda ən sürətli mobil internet xidməti təqdim edir
“Ookla” şirkətinin “Netindex” reytinqinə əsasən, “Bakcell” şirkəti mobil operatorlar arasında mobil data trafikinin sürətinə görə rəqibləri ilə müqayisədə daha yüksək göstəriciləri ilə 1-ci yerdə (13.2 Mbps), ölkənin əsas internet provayderləri (şəhərlərarası və sabit şəbəkə operatorları daxil olmaqla) arasında isə internet trafikin sürətinə görə 3-cü yerdədir (10.41 Mbps sürətlə). Bu reytinq Azərbaycanda İnternet provayderləri və mobil operatorların abunəçilər tərəfindən ən azı 100 dəfə “speedtest.net” və ya “pingtest.net” vasitəsilə ölçülmüş statistik indikatorlarının nəticələri əsasında formalaşıb.
2011-ci ildə “3G Sür@” xidmətinin istifadəsinə start verildikdən sonra “Bakcell” şirkəti müxtəlif müstəqil şirkətlər tərəfindən, o cümlədən, “Ookla” şirkətinin “Netindex” reytinqinə əsasən həyata keçirilən testlərin nəticələrinə görə ölkədə ən sürətli Mobil İnternet təcrübəsini təmin etməyə başladı.
“Hal-hazırda 2000-dən çox abunəçi “Bakcell” şirkətinin “4G” LTE xidmətini test etmək və Azərbaycanda ən sürətli mobil internetdən istifadə etmək imkanına malikdir. “Bakcell” şirkətinin təmin etdiyi Mobil İnternet xidmətinin son yüksək nəticələri göstərir ki, şirkət müştərilərə ən keyfiyyətli mobil data təcrübəsinin təmin edilməsində öz mövqelərini gücləndirməkdədir. Biz hər il şəbəkəmizə investisiya edir, onu təkmilləşdirir və ölkənin aparıcı mobil internet provayderi olmaqda davam etməyə çalışırıq” – deyə “Bakcell” şirkətinin baş texniki direktoru cənab Yigit Berktaş qeyd edib.
“Ookla” şirkəti dünya üzrə genişzolaqlı sınaqlar və internet əsasında qurulmuş diaqnostika proqramları sahəsində liderdir. Şirkətin proqram təminatı və metodologiyası genişzolaqlı şəbəkə xidmətləri sənayesi üzrə statistik məlumatların dəqiqliyi, tanınması, istifadə asanlığı və sonrakı inkişafının etalonudur. Xidmətin yarandığı vaxtdan 2015-ci ilə qədər “Ookla” şirkəti tərəfindən yeddi milyarddan artıq sürət testi həyata keçirilib.
RƏVAN
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25