Dünyanın ən məşhur aktyorlarından biri, Hollivud ulduzu Conni Depp "Pirates of the Caribbean 5" filminin çəkilişlərində xəsarət alıb.

Milli.Az TMZ-yə istinadən bildirir ki, hadisə Avstraliyanın Qold Kost ("Qızıl sahil") bölgəsində baş verib.
 
Qolunu sındırmış 51 yaşlı aktyoru dərhal çəkiliş meydançasından çıxararaq helikopterlə hospitala aparıblar. Oradan isə Conni Depp ABŞ-a aparılıb.
Çəkiliş qrupundan verilən məlumata görə, C.Deppin müalicəsi iki həftə davam edəcək.
 
Yeni filmin 2017-ci ilin iyul ayında nümayiş ediləcəyi gözlənilir.
 
Milli.Az