Milli.Az gecce.az-a istinadən xəbər verir ki, Elza ailəsindən boşandıqdan sonra oğlunu güclə depressiyadan çıxartdığını deyib.Elza Seyidcahan dağılan ailəsindən danışıb
"Yenidən ailə quraram deyə bilmərəm. Allahın işidir. Həyatda heç bir şeyi planlaşdırmıram. Heç kimin ağlına belə gəlməzdi ki, biz yoldaşımla ayrılarıq. Boşananda ən böyük stressi oğlum yaşadı.
Qızım hər şeyi olduğu kimi qəbul etdi. Amma oğlum yol ayrıcında qalmışdı. Hisslərinə qapandı. Oğlumun hissləri ilə oynayanlar oldu. Girdiyi depressiyadan Əkbəri çıxarda bildim.
Dediyim kimi, ailəm dağılanda heç kim inanmırdı. Deyirdilər, bəlkə, nəsə ediblər. Edən yaxşı ki, etdi. Deməli, belə qismətmiş".
Milli.Az