Dünya bazarında neftin qiyməti yenidən kəskin şəkildə düşməyə başlayıb
“Qafqazinfo”nun russian.rt-yə istinadən məlumatına görə, Brent markalı neftin qiyməti 57 dollardan da aşağı düşərək, 56,97 dollarda qərarlaşıb. Bu, fevralın 12-dən bəri ən aşağı qiymətdir.

WTI markalı neftin qiymətində də dəyişiklik var. Bu gün WTI-ın bir barreli 49,76 dollardan satılıb.

Birja analitikləri isə qiymətlərin aşağı düşməsini “Goldman Sachs” mütəxəssislərinin proqnozları ilə əsaslandırırlar. Proqnozlara görə, dünyada neft ehtiyatlarının çoxalması bu ucuzlaşmaya əsas səbəb kimi göstərilirdi.

Milli.Az