Bu gün Yaponiyanın Fukusima adası sahillərində baş vermiş dəhşətli zəlzələnin 4-cü ildönümüdür. Zəlzələdən sonra müşahidə olunan sunami 16 minə yaxın insanın ölümünə səbəb olmuşdu.

Sunaminin nüvə reaktoru zavodlarını zədələməsi isə, ölkədə daha böyük təhlükəyə səbəb oldu. Qəza ilə əlaqədar hökumət regionda yaşayan 160 mindən çox insanı evlərindən təxliyə etdi.

Nüvə zavodundan sızan radioaktiv maddələr, havanı, suyu və ərzaqları zəhərləmişdi.

Hadisə, Yaponiya ilə yanaşı, nüvə enerjsiindən istifadə edən digər ülkələrdə də etiraz aksiyalarına səbəb olmuşdu.

Rəsmi Tokio hadisədən sonra ülkədəki 48 nüvə reaktorunun fəaliyyətinin dayandırıb. Lakin ölkədə yaranmış enerji qıtlığı ilə əlaqədar hükumət təhlğkəsizlik sınağından keçmiş 4 reaktoru yenidən işə salmaq istəyir.

Potensial təhlükəyə qarşı ilk radikal addımlar atan ölkələrdən biri də Almaniyadır.

Hökumət 2011-ci ildə 2022-ci ilə qədər ölkədəki bütün atom enerji stansiyalarının bağlanması üçün energetika sahəsində islahat proqramı qəbul edib. 2050-ci ilə qədər isə, ölkədə tamamilə yenilənəbilən enerji sistemi təsis olunacaq.
Mənbə
Associated Press