ANS PRESS-in məlumatına görə, metronun “Gənclik” stansiyasında sərnişinlərdən biri metroya daxil olduqdan sonra özünü narahat hiss etməyə başlayıb.
Dərhal təcili yardım ximətinə məlumat verilib. Lakin özünü yaxşı hiss etməyən vətəndaş həkimlər gələnə qədər dünyasını dəyişib.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin ANS PRESS-ə veridyi məlumata görə, hazırda hadisə yerində hüquq-mühafizə orqanları vətəndaşın şəxsiyyətinin dəqiqləşdirilməsi işləri aparır.
Faktla bağlı araşdırma aparılır.
MənbəANS PRESS