Böyük Britaniya funt-sterlinqinin qiyməti avroya nisbətdə son yeddi ildə ən yüksək həddə çatıb.

ANS PRESS-in məlumatına görə, Avropa Mərkəzi Bankı hazırda 1 funt-sterlinqin – 1, 40 avro olduğunu bildirib.

Bu, Britaniya turistlərinin Avropa kurortlarına ziyarətlərini 15 faiz ucuzlaşdırıb.

Ekspertlər funt-sterlinqin yüksəlişini Yunanıstanın kredit üzrə borclarını qaytarmaq istəməməsi ilə bağlayırlar.

Hollandiyanın maliyyə naziri Jeroen Dijselbloem deyib ki, bu barədə Afina ilə aparılan danışıqlarda çox az irəliləyiş əldə olunub.
Mənbə
ANS PRESS