ANS PRESS-in məlumatına görə, Tehrana ünvanlanan məktubda respublikaçı senatorlar bildirib ki, Birləşmiş Ştatlar və digər beş dövlət arasında Konqres tərəfindən təsdiq edilməsə o, Obama və İranın Ali dini rəhbəri Ayatullah Əli Xamnei arasında sadəcə müqavilə statusu daşıyacaq.
ABŞ prezidenti Barak Obama Respublikaçıların verdiyi xəbərdarlığı tənqid edib.
İranın xarici işlər naziri Cavad Zərif də respublikaçıların göndərdiyi məktubu tənqid edərək, bunun heç bir hüquqi əsası olmadığını və təbliğat mahiyyəti daşıdığını deyib.
Ağ Ev sözçüsü Coş Earnest jurnalistlərə bildirib ki, məktub Birləşmiş Ştatlar və beş digər ölkənin İranla mart ayının 31-nə qədər əldə etməyə çalışdığı həssas razılaşmanın qarşısını almaq məqsədi güdür.
MənbəANS PRESS