İŞİD tamam məhv edilir (VİDEO)
ANS PRESS-in Türkiyənin “YeniSafak” qəzetinə istinadən verdiyi məlumata görə, Tikritin ətrafındakı qəsəbə və kəndlərin əksəriyyətini işğaldan azad edən ordu birlikləri bu gün səhər saatlarında Tikrit şəhər mərkəzinə doğru irəliləməyə davam edib.
Tikrit İraq ordusu tərəfindən mühasirəyə alındıqdan sonra İŞİD-in şəhəri tərk etməyə hazırlaşdığı qeyd olunur.
İraq ordusu martın 9-da Aləm qəsəbəsini İŞİD-dən tamamilə təmizləyib. Ordu İŞİD-in qərargah kimi istifadə etdiyi bəzi binaları ələ keçirib. İŞİD bayrağının qeyd olunduğu divarlardakı yazılar silinərək yerinə İraq bayrağı və ordunun uğurunu rəmzi olaraq göstərən ifadələr yazılıb. Uzun müddətdir İŞİD tərəfindən bağlanılan Aləmdəki səhiyyə mərkəzləri də yenidən istifadəyə verilib.
İraq qüvvələrinin hücumu zamanı xeyli sayda əsgər və İŞİD terrorçusunun öldüyü bildirilib.
İraq müdafiə naziri Xalid əl-Ubeydi də Tikrit şəhərindəki əməliyyatlara dair bəyanat verib. Ubeyd bölgədə döyüşən qüvvələrin İraq ordusu, könüllü xalq birlikləri, tayfa döyüşçüləri və terrorla mübarizə briqadalarının olduğunu qeyd edib.
Mosulun azad edilməsi əməliyyatına toxunan Ubeyd İŞİD-ə qarşı döyüşəcək qüvvələrin böyük əksəriyyətinin mosullulardan yaranmalı olduğunu deyib. İraq bu məsələdə siyasi razılığın da təmin edildiyini ifadə edib.
İraqda İŞİD-in işğalı altında olan Mosula qarşı əməliyyatdan əvvəl koalisiya qüvvələri, Peşmərgə və İraq ordusu 3 qoldan hücum keçib.
Peşmərgə Şengal bölgəsindən zərbələr endirir. Ənbar və Səlahəddində şiələrin könüllü xalq qüvvələri İŞİD-ə hücuma keçib. Qurudan və havadan əməliyyatları başladan İraq ordusu isə Tikritdən irəliləməyə başlayıb.
Peşmərgə martın 9-da koalisiyaya aid döyüş təyyarələrinin dəstəyilə Kərkükün cənubunda İŞİD-in işğalı altındakı ərazilərdə əməliyyata başlayıb. Perşmərgənin bölgədə 20 kilometr irəlilədiyi bildirilir.
İraq ordusuna aid döyüş təyyarələri isə paytaxt Bağdadın 45 kilometr qərbindəki Fəllucədə İŞİD-in mövqelərini bombardman edir. Bombardmanda onlarla İŞİD yaraqlısının öldürüldüyü bildirilib. İraq Müdafiə Nazirliyinin açıqlamasında aralarında snayperlərin də olduğu 89 İŞİD yaraqlısı məhv edildiyi qeyd olunub.
Fəllucədə ordu qüvvələri ilə İŞİD arasında baş verən qarşıdurmalarda İraq ordusunun komandanı general Vızah Mahmud Halalın öldüyü bildirilib. Digər tərəfdən Mosulun cənub-şərqindəki Nəmrud abidələrinə hücum edən İŞİD-in Mosulun 100 kilometr cənubundakı Hatra şəhərinə girdiyi ifadə olunub.
Yerli mənbələrin bildirdiyinə görə, UNESCO Dünya İrsi Siyahısında olan Hatra qədim şəhəri İŞİD-in yeni hədəfi olub. İraqın Sədr ordusunun rəhbəri Müqtəda əs-Sədr tabeliyində olan "Sülh Briqadaları"na Mosul əməliyyatında orduyla hərəkət etmə əmrini verib.
Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25