Fövqəladə Hallar Nazirliyi (FHN) axşam saatlarında Hacıqabulda ölümlə nəticələnən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.

ANS PRESS-in qurumun saytına istinadən məlumatına görə, yanğın Hacıqabul şəhərində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin bir otaq və mətbəxinin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibi 1962-ci il təvəllüdlü Kazımov Asif Mirzağa oğlunun meyiti aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub.
Mənbə
ANS PRESS