Çin robot texnikasının ən iri bazarına çevrilib
Bakı, 11 mart, AZƏRTAC
Çin bu il təsərrüfat robotları bazarında Yaponiyanı geridə qoyaraq dünya üzrə birinci yerə çıxıb.
AZƏRTAC Vestifinance.ru saytına istinadla xəbər verir ki, 2014-cü ilin sonuna olan məlumata görə, Çin müəssisələrində 200 minə qədər robotdan istifadə edilirdi. Keçən il ölkədə 32 min robot istehsal olunub. Bu da dünya üzrə istehsal olunan robotların 20 faizinə bərabərdir.
Buna baxmayaraq Çində işləyən insanlarla robotların nisbəti aşağı səviyyədə qalır. Ölkədə 10 min işləyən insana cəmi 30 robot düşüb. Halbuki bu göstərici Yaponiyada 330 robota çatır.
Ümumilikdə Çinin robot bazarı əsasən dörd transmilli korporasiyanı – İsveçrənin ABB Group, Yaponiyanın Fanuc Corp və Yaskawa Electric Corp, həmçinin Almaniyanın Kuka Robotics şirkətlərini məhsulla təmin edir. Bazarın 58 faizi məhz bu şirkətlərin payına düşür.
Çinin məişət texnikası istehsalçısı Midea şirkəti 2011-ci ildən Çin fabriklərinin robotlaşma və avtomatlaşmaya keçidinin flaqmanına çevrilib. 2011-2014-cü illərdə Midea bu sektora 800 milyon yuan (128 milyon dollar) xərcləyib və 2015-ci ildə daha 900 milyon yuan yatırmaqla 600 robotu istismara cəlb etməyi planlaşdırıb. Bununla da kompaniya 2015-ci ilin sonunadək 30 min işçidən 6 minini, 2018-ci ilə qədər isə daha 4 min işçini ixtisar etməyi düşünür.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33