Pop-ulduz Madonna reper Kanye Uesti “yeni qaradərili Madonna” adlandırıb.
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Madonna reperin də sənətə onun kimi sosial çərçivələri qıraraq gəldiyini əsas gətirərək ona “yeni qaradərili Madonna” deyib.
Müğənninin fikrincə, onların ortaq cəhətləri insanları asanlıqla şoka sala bilmələridir.
Qeyd edək ki, Madonna bu günlərdə səhnədə yıxılmağı və qırmızı xalıda paltarının arxasını açmağı ilə gündəmə düşmüşdü. Kanye Uest isə Nyu-York dəb həftəsində “Adidas Originals” üçün yaratdığı kolleksiya ilə insanları təəccübləndirmişdi.