Fevral ayında Karaçi mərkəzi həbsxanasında təqsirləndirilən iki döyüşçü edam edilib
Pakistan bütün ölüm hökmü cəzalarını həyata keçirəcək. Bir neçə ay bundan öncə terror məhkumlarının edamını həyata keçirmək üçün moratorium qismən aradan qaldırılmışdı.
 
Milli.Az BBC-yə istinadən bildirir ki, kassasiya prosesini girinc etmiş və əfv üçün müraciətləri rədd edilmiş bütün məhkumları indi edam gözləyir, rəsmilər bildirib.
Ölüm hökmünün icrası artıq yeddi ildir həyata keçirilmirdi. Yalnız dekabr ayında Peşavar məktəbindəki qətliamın ardından qismən bərpa edilib.
Pakistanda 8,000-dən çox insanı ölüm hökmü gözləyir, insan haqları qrupları bildirir.
 
Pakistanda ölüm hökmünə verilmiş yeddi illik fasilənin ardından atılmış bu addım, Pakistan Ədalət Layihəsi adlı insan haqları şirkəti tərəfindən “məsuliyyətsizlik” kimi dəyərləndirilib.
 
Peşavar İctimai Ordu məktəbinə qarşı Taliban hücumu zamanı, doqquzu uşaq olmaqla, 150-dən çox insan həlak olmuşdu.
 
Milli.Az