Bakı, 10 mart, AZƏRTAC 
Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Gənclərin Mədəni İnkişafına Dəstək” İctimai Birliyi (İB) tərəfindən “Nitq mədəniyyətinin Azərbaycan dilinin təbliğatında rolu” adlı layihənin növbəti mərhələsi keçirilib.
İB-dən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi gənclərin nitq qabiliyyətinin inkişaf etdirilməsi istiqamətində təşəbbüs göstərmək, onların ünsiyyət probleminin aradan qaldırılmasına və fikirlərini ana dilində düzgün şəkildə ifadə etmələrinə kömək istiqamətində təlimlərin və debat yarışlarının təşkil olunmasıdır.
Bakıdakı təlimdə tanınmış diktor, əməkdar artisti Rafiq Həşimov gəncləri bu mövuzda məlumatlandırıb.
Qeyd edək ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrasına uyğun olaraq reallaşan layihə ilk olaraq Gəncə şəhərində keçirilib. Layihənin yekun tədbiri isə Qəbələ rayonun da baş tutacaq.