[ 10 Mart 2015 18:00 ]
Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sabah Bakının üç rayonunun su təchizatında fasilələr yaranacaq.
"Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, Bakı şəhəri Cəlil Məmmədquluzadə və Bakıxanov küçələrinin kəsişməsindən keçən 700 mm diametrli magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar martın 11-də saat 09:00-dan etibarən gün ərzində Səbail, Nəsimi və Yasamal rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.