Trend-in "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata əsasən, R.Kadırov deyib ki, Çeçenistanda sülh və sabitlikdə əsas xidmət V.Putinə məxsusdur: "Yalnız onun müdrik siyasəti, kömək və dəstəyi davamlı sülh əldə etməyə, respublikanı, onun iqtisadiyyatı, mədəniyyəti dirçəltməyə imkan verdi".
O qeyd edib ki, həmişə V.Putinin mübarizə yoldaşı olacaq: "Bu insan üçün candan keçmək ən yüngül tapşırıqdır. Əmin edirəm ki, nəyin bahasına olursa olsun, istənilən əmri icra edərəm".
Milli.Az