Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir Maksim Tsurkov/

Ötən ay Azərbaycanın enerji sistemində 2 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cari ilin yanvar-fevral aylarında 4,2 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib. Ötən ilin analoji dövründə bu göstərici 4,2 milyard kilovat-saata yaxın idi.

Bununla yanaşı, ötən ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi davam etdirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az