Reket saytların siyahısı açıqlandı
ANS PRESS-in Mətbuat Şurasına istinadla verdiyi məlumata görə, komissiyanın sədri, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə müzakirə üçün tövsiyə edilən məsələlərin sayının 18 olduğunu bildirib. Bunlardan 7-i Şuranın Şikayətlər üzrə Komissiyasının, qalanları isə Katibliyinin xəttilə təqdim olunub. Gündəlik təsdiqləndikdən sonra müzakirələrə başlanılıb.
Əvvəlcə MŞ-nin Şikayətlər üzrə Komissiyasının son üç iclasının 7 kütləvi informasiya vasitəsi ilə bağlı çıxardığı rəylər nəzərdən keçirilib. Komissiya üzvləri belə qənaətə gəliblər ki, MŞ-nin həmin KİV-lərlə əlaqədar araşdırmaları nəticəsində əldə edilmiş müvafiq materiallar üç qəzetin və iki xəbər portalının adının Şuranın "qara siyahı"sına daxil edilməsinə əsaslar verir.
Bunlar "Yüksələn Azərbaycan" "Azərbaycan naminə", "Haqqın sədası press" qəzetləri, "Jam.az" və "İskra.az" saytlarıdır. "Yüksələn Azərbaycan"nın ilk gündən fəaliyyətini mətbu reketçiliyə üstünlük verən, adları "qara siyahı"da olan KİV-lərlə korporativ həmrəylik şəraitində qurduğu, digər ikisinin isə peşə səlahiyyətindən sui-istifadə etmələri bunun üçün əsas sayılıb.
Saytlara gəldikdə, vurğulanıb ki, İstər "Jam.az", istərsə də "iskra.az" əsasən balans gözlənilməyən materialların yayılmasına üstünlük verir. Belə informasiyalarda müxtəlif yaşlı, peşəli, vəzifəli insanların şərəf və ləyaqəti təhqir olunduqdan, işgüzar nüfuzu ləkələndikdən sonra KİV qarşı tərəfin mövqeyinin dərcinə hazır olduğunu vurğulayır. Bu isə "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın əksər prinsip və bəndlərinin tələblərinə ziddir.
Komissiya "Maqnat.tv" saytının Ağcabədi Rayon Təhsil Şöbəsindən üzr istədiyini, şikayət doğuran yazını saytdan çıxardığını nəzərə alaraq həmin KİV-ə Şuranın xəbərdarlığının edilməsini məqsədəmüvafiq sayıb. "Azerinfo.az" saytı barədə də eyni ölçünün götürülməsi məntiqi hesab edilib.
İclasda digər məsələlərlə əlaqədar araşdırmaların davam etdirilməsi razılığına gəlinib. Bu məsələlər barədə də "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyası tərəfindən təkliflər hazırlanaraq Şuranın İdarə Heyətinə təqdim olunacaq. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33