"Rusiya Avropa İttifaqından sanksiyaların ləğvini xahiş etmək niyyətində deyil"
APA-nın verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ispaniyalı həmkarı Xose Manuel Qarsiya-Marqalo ilə birgə keçirdiyi brifinqdə deyib.

"Sanksiyaları müzakirə etmədik, bu, bizim seçimimiz deyil. Avropalı dostlarımızı yola gətirməyə və ya onlardan nəsə xahiş etməyə hazırlaşmırıq. Həyat hər şeyi öz yerinə qoyacaq", - deyə Rusiya XİN başçısı qeyd edib.

Milli.Az