Əməkdar artist Rühəngiz Allahverdiyeva əl işi olan gəlincikləri satışa çıxaracaq.

Axşam.az-ın məlumatına görə, müğənni bu haqda “Gündəlik” verilişində deyib:

“Çalışan xanımam. Hətta işimin çoxluğundan salona getməyə də vaxtım olmur. Evdə çox iş görürəm. Əvvəllər gəlinciklər düzəldirdim. İndi yorulmuşam, etmirəm. Əlimdə olanları satışa çıxaracam. Oradan gələn gəliri isə uşaq evlərinə bağışlayacam”.