Paytaxtın Nəsimi rayonunda təmir edilən yoldə işlər davam edir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Süleyman Rüstəm küçəsində təmir işləri davam etdirilir.

Uzunluğu 220 m., hərəkət hissəsinin eni 15 m. təşkil edən küçədə köhnə asfalt-beton örtüyünün qaşınması başa çatdırılıb.

Hazırda beton səki daşları mərmər səki daşları ilə əvəzlənir.

Yaxın günlərdə yeni asfalt-beton örtüyünün döşənməsinə başlanılacaq.

Yolda təmir işlərinin yekunlaşması nə zaman yekunlaşacağı məlum deyil.
Mənbə
ANS PRESS