Moskva, 10 mart, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif ediliblər.
RF Prezidentinin fərmanında qeyd edilir ki, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Rusiya Federasiyası ilə dostluq və əməkdaşlığın möhkəmlənməsinə verdikləri böyük töhfəyə görə “Dostluq” ordeni ilə təltif olunublar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva