Bakı, 10 mart, AZƏRTAC
Bakının Süleyman Rüstəm küçəsində təmir işləri davam etdirilir. Uzunluğu 220 metr, hərəkət hissəsinin eni 15 metr olan küçədə köhnə asfalt-beton örtüyünün qaşınması başa çatdırılıb.
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda küçədə beton səki daşları mərmər səki daşları ilə əvəzlənir. Yaxın günlərdə isə yeni asfalt-beton örtüyünün döşənməsinə başlanılacaq.