Beşiktaşın yeni stadionun oxşarı Xəzər sahillərində inşa edilə bilər
Bakı, 10 mart, AZƏRTAC
Türkiyədə işgüzar səfərdə olan “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli bu ölkənin iş adamları ilə görüşlər keçirib.
Beşiktaş Klubunun rəhbəri, tanınmış iş adamı Fikrət Ormanla görüşdə Hacı İbrahim Nehrəmli bu klubun yenidən inşa edilən stadionunda aparılan tikinti işləri ilə tanış olub. Türkiyənin ən müasir stadionu olacaq bu meydançanın oxşarının “Khazar İslands”da inşa edə biləcəklərini qeyd edən Beşiktaş Klubunun rəhbəri Fikrət Orman rəhbərlik etdiyi qurumun bu istiqamətdə “Avesta Concern”lə əməkdaşlığa hazır olduğunu vurğulayıb. Azərbaycanda beynəlxalq miqyaslı idman turnirlərinin artıq ənənə halını aldığını bildirən Hacı İbrahim Nehrəmli “Khazar İslands” layihəsində də bu məqamı nəzərə aldıqlarını diqqətə çatdırıb.
“Avesta Concern”in prezidenti həyata keçirdikləri layihədə müxtəlif növ idman yarışlarının keçirilməsini təmin edəcək meydançalarının olmasına xüsusi önəm verdiyini, gələcəkdə bu şəhərdə beynəlxalq idman yarışlarının keçiriləcəyinə inandığını bildirib. Beşkitaş İnşaatın “Khazar İslands”da stadion inşa etmək təklifi ətrafında aparılan danışıqlarda ilkin razılıq əldə olunub. Razılığa gəlinib ki, “Khazar İslands”da inşa ediləcək stadionun layihəsinin hazırlanması və inşası ilə bağlı danışıqlar davam etdirilsin.
Görüşdə Besiktas rəhbərinin təmsilçisi memar Nurcan Maraş da iştirak edib.
“Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmlinin digər görüşü Türkiyənin ən böyük biznes strukturlarından biri olan NUROL Şirkətlər Qrupunun idarə heyətinin sədr müavini Erol Çarmıklı ilə olub. 1966-cı ildə yaradılan NUROL İnşaat yalnız Türkiyədə deyil, Yaxın Şərq, Afrika və keçmiş sovet respublikaları da daxil olmaqla dünyanın 30-dan artıq ölkəsində böyük layihələr həyata keçirir. Belə böyük şirkətin Azərbaycanda da layihələr həyata keçirməsi ölkəmizin maraqlarına cavab verərdi. Artıq bunun üçün ilkin addımlar atılıb. Görüşdə bu şirkətin “Khazar İslands” layihəsində iştirakı müzakirə olunub. Müzakirələrdə NUROL şirkətlər qrupunun “Khazar İslands”a sərmayə yatırımı ilə bağlı ilkin razılaşma əldə olunub və növbəti görüşlərdə həyata keçiriləcək layihələrlə bağlı müzakirə aparılmasına qərar verilib.
Hacı İbrahim Nehrəmlinin Türkiyədə bir çox inşaat və enerji layihələrini uğurla həyata keçirmiş TÜRKERLER Holdinqin layihə koordinatoru Mehmet Gürcan Erden ilə görüşündə “Avesta Concern”in ilə TÜRKERLER Holdinq arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25