Amerikalı müğənni Madonna davamçısının adını çəkib.

ANS PRESS-in məlumatına görə, dünya şöhrətli ifaçı "New York Daily News"-ə eksklüziv müsahibəsində yalnız bir ifaçını öz musiqisinin və müasir estradanın layiqli davamçısı kimi gördüyünü açıqlayıb.

56 yaşlı ulduzun çəkdiyi ad amerikalıları elə təəccübləndirib ki, qəzetlər "Madonna özünün ikinci yarısını tapdı" başlıqlı xəbərlər yazıblar.

"Kanye yeni Madonnadır", "Kanye Qara Madonnadır" deyə öz namizədini tərifləyib. Madonna deyib ki, Kanye də onun kimi insanların damarını tuta bilir.

Madonnanın özünə davamçı seçdiyi Kanye Omari Uest 36 yaşlı amerikalı repçi, prodüser və dizaynerdir. O, erməni əsilli porno ulduz Kim Kardaşyandır.




Mənbə
ANS PRESS