Bəstəkar Sevinc Tofiqqızı və millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu yeni mahnını bu dəfə əməkdar artist Manana ifa edib.

Axşam.az-ın məlumatına  görə, bəstə "Söylə sənmisən?" adlanır.

S.Tofiqqızı yeni musiqisi haqqından bunları deyib:

“Manana çox istedadlı ifaçıdır. Mən və Qənirə xanım növbəti mahnımızı ona həvalə etməkdən məmnunluq duyduq. Bu, Qənirə Paşayevanın şeirinə bəstələdiyim 11-ci mahnıdır. Hələ ardı var".

"Söylə sənmisən?"in aranjimanı Osman Həmidova məxsusdur.