[ 10 Mart 2015 11:45 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Minskdə Belarus-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək.

"APA-Economics"in Belarusun "BelTA" agentliyinə istinadən verdiyi xəbərə görə, iclasa Belarus baş nazirinin birinci müavini Vasili Matyuşevski və onun azərbaycanlı həmkarı Yaqub Eyyubov həmsədrlik edəcək.

 

İclasın gündəliyinə Azərbaycan Prezidenti İlham Əliyevin cari il ərzində baş tutacaq Belarusa rəsmi səfəri çərçivəsində imzalanacaq sənədlərin razılaşdırılması daxildir.