“Big Data”nın əsas elmi istiqamətləri üzrə Azərbaycanda araşdırmalar aparılır
AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) “Big Data”nın qeyd olunan istiqamətlərindən hər biri ilə bağlı araşdırmalar aparılır. Bu fikri İTİ-nin növbəti elmi seminarında institutun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev bildirib. İnstitutdan qeyd edilib ki, “Big Data” texnologiyalarının elmi-nəzəri problemləri haqqında məruzə ilə çıxış edən natiq bu sahədə mövcud texnologiyalar, metodlar və alqoritmlərin köməyilə toplanılması, saxlanılması, analizi və vizuallaşdırılması çətin və ya mümkün olmayan verilənlər çoxluğu, eləcə də “Big Data”nın mövcud problemləri, əsas istiqamətləri, gətirdiyi imkanlardan söz açıb.
Alim 2015-ci ilin ən yüksək strateji texnologiyaları haqqında məlumat verərək bu texnologiyalar sırasında “Hər yerdə hesablama”, “Əşyaların İnterneti”, “3D çap”, “Mükəmməl, mobil, görünməz analitika”, “Kontekst cəhətdən zəngin sistemlər”, “Ağıllı” maşınlar”, “Bulud/kliyent arxitektur”, “Proqramla müəyyən olunan infrastruktur və tətbiqlər”, “Veb miqyaslı informasiya texnologiyaları” və “Riskin qiymətləndirilməsinə əsaslanan təhlükəsizlik və özünü mühafizə” və s.-nin yer aldığını dilə gətirib. Məruzəçi verilənlərin toplanması və saxlanılması, ötürülməsi, aşkarlanması, axtarışı, keyfiyyətinin təmin olunması, təkrar istifadəsi, analizi və vizuallaşdırılması kimi “Big Data” problemlərinə kommersiya və biznes, elmi tədqiqatlar və digər sahələrdə rast gəlindiyini söyləyib.
R. Alıquliyev “Big Data Mining” metodları və texnologiyaları, bu sahədə mövcud problemlər, “Big Data” sistemlərinin layihələndirilməsinin əsas prinsipləri, böyük verilənlərin araşdırılması istiqamətində fəaliyyət göstərən elmi mərkəzlər, tədqiqatçılar, nəşr olunan jurnallar, kitablar və keçirilən konfranslar, “Big Data” məhsulları istehsal edən şirkətlər haqqında da məlumat verib.
Həqiqət İSABALAYEVA
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25