Bakı, 10 mart, AZƏRTAC 
Martın 10-da Mingəçevir şəhərindən 16 kilometr şimal-qərbdə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, yerli vaxtla saat 02:12-də qeydə alınmış zəlzələ hiss olunmayıb.
Yeraltı təkanın maqnitudası 3.0, dərinliyi 27 kilometr olub.