Argentinada iki helikopterin toqquşması nəticəsində 10 nəfər həlak olub.
Hadisə dünən paytaxt Buenos-Ayresdən 1170 km şimal-qərbdə, Vitya-Kastelya şəhərinin yaxınlığında baş verib.
"MidAir" aivaşirkətinə məxsus helikopterlərin səmada toqquşması nəticəsində onlar partlayıb.
Milli.Az Associated Press-ə istinadən bildirir ki, helikopterlərin sərnişinləri Fransa vətəndaşları idilər.
La Ryoha bölgəsindəki qəzada həlak olanlar "Dropped" reailiti-şousuna qatılmaq üçün bölgəyə gətirilmişdilər.
Həlak olanlar arasında Fransanın 2 məşhur idmançısı var.
Onların arasında London-2012 Olimpiadasının qızıl medalçısı, üzgüçü, 25 yaşlı Kamill Muffət, boksçu Aleksis Vastin və avarçəkən Florens Artua vardı.
28 yaşlı Aleksis Vastin Pekin-2008 Olimpiadasında bürünc medal qazanmışdı.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.








