İstanbul, 10 mart, AZƏRTAC
Türkiyə mediasının məlumatına görə, İraqın paytaxtı Bağdadda silsilə terror aktları törədilib. Nəticədə 9 nəfər həlak olub, 32 nəfər yaralanıb. Ölənlərdən biri, yaralıların isə dördü polis əməkdaşıdır.
Məlumatlarda bildirilir ki, Bağdaddakı partlayışlar son günlər İraq hökumətinin ölkə ərazisində həyata keçirdiyi antiterror əməliyyatlarına cavab olaraq törədilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul