Təxminən bir ay bundan əvvəl baş tutmuş virtual premyeradan sonra ən yeni Ferrari 488 GTB Cenevrə avtosalonunda geniş ictimaiyyət qarşısına çıxıb. 458 Italia modelini əvəz edəcək Ferrari 488 GTB yaxın aylarda satışa çıxarılacaq.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, 3,9 litrlik tvin-turbo V8 mühərriki 670 a.g. və 760 Nm fırlanma anı hasil edir və 7 pilləli robot ötürücü qutu ilə birgə ikiqapılı superkarın artıq 3,0 saniyədən sonra 0-100 km/saat sürətlənməsini təmin edir. Avtomobilin maksimum sürəti saatda 330 km təşkil edir.
 
Ferrari 488 GTB öz xələfinin çəkisini (1370 kq) saxlayıb. Bununla belə, çoxsaylı müxtəlif xüsusi aerodinamik elementlərdən ibarət tam yeni asma sayəsində 50% çox sıxıcı qüvvə əldə edir. Başqa bir fərqləndirici xüsusiyyət eksteryerin hiss olunacaq dərəcədə yeni dizaynı və salondakı bir sıra yeniliklərdir. Ferrari 488 GTB modelinin əldə etdiyi bu və digər yenilikəri görmək üçün təqdim etdiyimiz şəkillərə baxmanızı tövsiyə edirik.
 
Milli.Az