Azərbaycan parlament nümayəndə heyətinin Paraqvaya səfəri çərçivəsində səmərəli müzakirələr aparılıb
Bakı, 9 mart, AZƏRTAC
Azərbaycan Respublikası Milli Məclisinin deputatları - Cavanşir Feyziyev, Asim Mollazadə, Fuad Muradov və Aslan Cəfərov Paraqvay Respublikasında səfərdə olublar.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkələrimiz arasında diplomatik münasibətlər 2004-cü ildə qurulub. 2012-ci ildə Azərbaycanın iqamətgahı Buenos-Ayresdə olmaqla səfiri Məmməd Əhmədzadə, eyni zamanda, Paraqvaya da akkreditə olunub. 2014-cü ildə Paraqvay Milli Konqresinin Senatında tərkibində müxtəlif siyasi partiyaların təmsilçiləri olan 7 senatordan ibarət parlamentlərarası dostluq qrupu yaradılıb.
Səfər çərçivəsində Azərbaycanın parlament nümayəndə heyəti Paraqvay Milli Konqresinin Yuxarı Palatasında Senatın sədrinin əvəzləyicisi qismində sədrin birinci müavini Enrique Bacchetta, Senatın Xarici Əlaqələr və Beynəlxalq Məsələlər daimi komissiyasının sədri Miguel Saguier, habelə Senatda Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb. Parlamentarlarımız daha sonra Paraqvay Deputatlar Palatasının sədri Huqo Velazquez və həmin palatanın Beynəlxalq Əlaqələr Komissiyasının sədri Jose Maria İbanez ilə görüşüblər.
Sonra Paraqvay Milli Konqresinin binasında Azərbaycan nümayəndə heyətinin şərəfinə ziyafət verilib.
Görüşlərdə Azərbaycan və Paraqvay parlamentləri arasında əməkdaşlığın siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişafına töhfə verəcəyi vurğulanıb. Enerji və kənd təsərrüfatı əməkdaşlığın prioritet sahələri kimi qiymətləndirilib. Müvafiq sahələrdə qanunvericilik üzrə təcrübə mübadiləsinin faydalılığı qeyd edilib. Xüsusilə də hər iki ölkənin açıq dənizə birbaşa çıxışının olmadığını nəzərə alaraq, Paraqvay Azərbaycanın beynəlxalq bazarlara çıxışını təmin edən infrastruktur layihələrini, eyni zamanda, neft və qaz sektorunda əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib və bu baxımdan ölkəmizin təcrübəsinin öyrənilməsinə maraq göstərib.
Müzakirələrdə, həmçinin parlamentlərarası əlaqələrin genişləndirilməsi, həmçinin beynəlxalq və regional məsələlər də diqqət mərkəzində olub. Azərbaycanlı parlamentarlar ölkəmizin inkişaf strategiyası, xarici siyasətinin əsas istiqamətləri, Ermənistanın Azərbaycana qarşı təcavüzü, münaqişənin həllinin regiona gətirəcəyi fayda, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, təhsil, gənclər, idman sahələrində görülən işlər, həmçinin Azərbaycanın mədəniyyətlərarası dialoqda oynadığı rol barədə məlumat veriblər.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Paraqvay hökumətinin üzvləri ilə də görüşləri olub. Paraqvayın xarici işlər nazirinin əvəzləyicisi qismində nazir müavini Rigoberto Gauto ilə keçirilmiş görüşdə iki ölkə arasında siyasi, iqtisadi, humanitar, təhsil sahələrində əməkdaşlıq, müvafiq hüquqi-normativ bazanın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə habelə beynəlxalq və regional məsələlər də diqqət mərkəzində olub. Deputatlarımız ölkəmizin xarici siyasəti, Ermənistanın Azərbaycana hərbi təcavüzü və münaqişənin regiondakı vəziyyətə təsiri barədə məlumat veriblər.
Bu ölkənin mədən və enerji nazirinin müavini Mauricio Bejarano, kənd təsərrüfatı və heyvandarlıq nazirinin müavini Markos Medina ilə görüşlərdə Paraqvay tərəfi Azərbaycanın neft və qaz, Azərbaycan tərəfi isə Paraqvayın kənd təsərrüfatı sahələrində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. Tərəflər bu sahələr üzrə qarşılıqlı əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Paraqvayın işgüzar dairələri, o cümlədən SENACSA, ARP, FECOPROD, APROLE, Frutika kimi istehsal assosiasiyaları və şirkətlərinin rəhbərləri ilə görüşlərində iqtisadi, ticarət və sərmayə sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.
Azərbaycan parlament nümayəndə heyətinin Paraqvaya səfəri bu ölkənin, eləcə də Latın Amerikasının aparıcı KİV-lərinin diqqət mərkəzində olub.
Mətbuatda səfərlə bağlı yazılar, Azərbaycan parlamentarlarının, həmçinin səfir M.Əhmədzadənin müsahibələri dərc edilib. Yazılarda və müsahibələrdə Azərbaycan-Paraqvay münasibətləri, ölkəmizin son illərdə əldə etdiyi nailiyyətlər və regionda lider dövlətə çevrilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və s. mövzulara toxunulub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33