Mövsümdə qeyri-qənaətbəxş çıxış edən "Milan"ın gələcəyi hələ ki məlum deyil. Goal.az xəbər verir ki, dünən klubun prezidenti Silvio Berluskoninin köməkçisi Adriano Qalliani ilə görüşü planlaşdırılsa da, baş tutmayıb. İtaliya mətbuatına görə, bu görüşdə İnzaginin yerinə hansı məşqçinin komandanın sükanı arxasına gətiriləcəyi müzakirə olunmalı idi. Amma Berluskoni vəziyyəti daha dərindən analiz etmək məqsədilə görüşü təxirə salıb.
Qeyd edək ki, daha əvvəl İnzaginin istefaya göndəriləcəyi təqdirdə onun köməkçisi Mauro Tassotti və ya əvəzedici heyəti çalışdıran Kristian Brokkinin baş məşqçi səlahiyyətlərini yerinə yetirəcəyi deyilirdi.