ATV-nin “Qonaq gəl bizə” verilişində qonaq olan müğənni İlahə İbadova dramaturqla yazıçını tanıya bilməyib.

Lent.az-ın məlumatına görə, verilişin formatına uyğun olaraq aparıcı müğənniyə Azərbaycan ədəbiyyatının iki unudulmaz siması olan Cəfər Cabbarlı və Hüseyn Cavidin şəkillərini təqdim edib. Müğənni başındakı papağa görə Hüseyn Cavidin hansısa xanəndə, Cəfər Cabbarlının isə gözündəki eynəyə görə Üzeyir Hacıbəyov olduğunu deyib.
 
Video “a24.az”a məxsusdur.



Milli.Az