Bakı sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə martın 9-da saat 03 radələrində Nəsimi rayonunda baş verib.

Həmin ünvanda yaşayan Qafar Yusifovun mənzili yanıb.

Nəticədə ümumi sahəsi 20 kvm. olan 1 otaqlı evin yanar konstruksiyaları və oradakı əşyalar külə dönüb.

Yanğın söndürüldükdən sonra Q.Yusifovun meyiti tapılıb.

Onun tüstüdən boğulduğu ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS