“Qadın bir kişini seçir. Tanışlığın əvvəlində ayağının altına qırmızı xalı sərirlər, üzərinə güllər səpirlər. İllər ötdükcə münasibət dəyişir, o qırmızı xalı həsirə dönür”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni İlhamə Qasımova “Onlar”a açıqlamasında deyib. O, xanımlara məsləhət verib:

“Xanımlara deyirəm ki, həyat yoldaşınızı ovcunuzun içində saxlayın. Mənim kimi acıdil, əfəl olmayın. İnsan hər şeydən bezəndə, sevgi də bitir. Çalışın, evinizdəkinin ayağının altına həmişə qırmızı xalı sərin”.