ANS PRESS-in məlumatına görə, əsl adı Françesko Romano Rivelli 9 mart 1955-ci ildə Romada doğulub.
Onun əslən Neapoldan olan atası jurnalist, milliyətcə eston anası isə memar idi. Ana babası və nənəsi Sankt-Peterburqda anadan olmuşdular.
Françesko atasının ölümündən sonra erkən yaşda işləməyə məcbur olur - televiziya reklamlarında çəkilirdi, bədii məktəbdə poza verirdi.
İlk rolunu 15 yaşında Damiano Damianinin "Ən gözəl arvad" (1970) filmində alıb. Birinci filmindən sonrа Ornella Muti ləqəbini götürür.
Filmdəki tərəf müqabili - aktyor Alessio Orano onun birinci əri olur. Gözəlliyi ilə kişilərin ağlını başından alan Ornella iki dəfə ərə gedib. Onun ikinci dəfə Federiko Fakinetti adlı birja makleri ilə ailə qurub. Aktrisanın 3 uşağı var - qızları Nayke və Korolina, oğlu Andrea.
Muti 1994-cü ildə Monakonun rezidenti (səfirdən bir pillə aşağı diplomatik nümayəndə) olur. Aktrisa Kann kinofestivalının həmişəlik fəxri qonağıdır. 2014-cü ilin dekabrında Ornella Muti "Ekspo-2015" Ümumdünya Sərgisinin səfirlərindən biri seçilib. Onlarla filmə çəkilən gözəl aktrisa kinematoqrafik mükafatların - Venesiya kinofestivalının (1988), İtaliya David di Donatello (1976) milli mükafatının, "Qızıl qlobus" italyan mükafatlarının (1983, 1988, 2007) laureatı olub.











Mənbə
ANS PRESS