Rusiya Federasiyasının prezidenti Vladimir Putin martın 12-13-ü Qazaxıstanın paytaxtı Astanaya səfər edəcək.

APA-nın Kremlin saytına istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Rusiya prezidenti qazaxıstanlı və belaruslu həmkarları Nursultan NazarbayevAleksandr Lukaşenko ilə görüşəcək.

Məlumatda qeyd edilir ki, tərəflər ticari-iqtisadi əməkdaşlığın mövcud durumunu və perspektivlərini, dünya iqtisadiyyatının hazırkı tendensiyaları fonunda Avrasiya məkanındakı inteqrasiya proseslərini müzakirə edəcəklər.

Bununla yanaşı, hər üç ölkə lideri Ukrayna münaqişəsini də müzakirə edəcək.

Milli.Az