[ 09 Mart 2015 13:38 ]
Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bakının Suraxanı rayonundakı Səttar Bəhlulzadə küçəsində təmir işlərinə başlanılıb.
Bunu "APA-Economics"ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat Katibliyinin rəhbəri Pünhan Mürsəliyev deyib.
"Hal-hazırda beton bordürlərin sökülməsi işləri həyata keçirilir. Küçə boyu bəzi ərazilərdə yolun əsası sıradan çıxıb ki, bu hissələrdə bərpa işi həyata keçiriləcək. Bundan sonra isə bordürlər dəyişdiriləcək və yeni asfalt-beton örtüyü salınacaq", - deyə P. Mürsəliyev bildirib.
Qeyd edək ki, Səttar Bəhlulzadə küçəsinin uzunluğu 1800 metr, eni isə 9 metrdir.