Türkiyənin futbol çempionatının 2-ci liqasında çıxış edən "Bandırmaspor" klubunun "Gümüşhanespor" ilə oynadığı və 1:1 hesabla başa çatan matçında azarkeş dünyasını dəyişib.
 
Milli.Az Hürriyet-ə istinadən bildirir ki, 37 yaşlı azarkeşi Metin Çokgezenler matçın son dəqiqələrində qəflətən yerə yıxılıb. Kəskin ürəktutma diaqnozu ilə Gümüşhane dövlət xəstəxanasına aparılan azarkeşi həkimlərin bütün səylərinə rəğmən, xilas etmək mümkün olmayıb.
 
Türkiyə Futbol Federasiyası olayla bağlı olaraq Metin Çokgezenlerin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
 
Milli.Az