Aparıcı Şəhriyar Əbilov anası İradə xanımla kameralara tuş gəlib.

Axşam.az-ın məlumatına görə, “Bu şəhərdə”nin konsertinə yollanan aparıcı “Onlar” a açıqlamasında anasına ad günü hədiyyəsi etdiyini bildirib:

“Martın 6-da anamın ad günü idi. Mənə demişdi ki, “Bu şəhərdə”yə bilet istəyirəm. Təsadüfən həmin gün iki bilet hədiyyə gəldi. Mən də anama sürpriz etdim”.

İradə xanım “Oğlumla fəxr edirəm. Allah bütün balaları saxlasın” deyə söyləyib.