Havaların soyuması ilə əlaqədar dəm qazı xofu yenidən artmaqda davam edir.

ANS PRESS-in məlumatına görə, bayram günü Bakıda dəm qazından 9 nəfər zəhərlənib.

Zəhərlənmə faktları paytaxtın müxtəlif ərazilərində qeydə alınıb.

Zəhərlənənlər xəstəxanaya yerləşdiriliblər.

Bundan başqa, 2 nəfər də qida zəhərlənməsilə müraciət edib. Müraciət edənlərə ilkin tibbi yardım göstərilib və onlar xəstəxanalara müraciət ediblər.


Mənbə
ANS PRESS