Bakının Xəzər rayonunda sex yanıb.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanğın Binə qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 130 kv.m olan cücə sexində qeydə alınıb.

Sexin yanar konstruksiyaları 65 kv.m sahədə və içərisində olan sayı məlum olmayan toyuq və cücələr tüstüdən bogularaq tələf olub.

Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS