Türkiyənin rəsmi dini qurumu “Diyanət” bu il Həcc ziyarəti üçün ödənişlərin avro ilə yox, dollarla olacağını elan edib.Həccə gedənlər ödənişlərini avro ilə yox, dollarla etməli olacaqlar
Anspress-in yerli mətbuata istinadən verdiyi məlumata görə, bu vəziyyət zəvvarların cibindən əlavə pul çıxması ilə nəticələnəcək.
Belə ki, ötən il həccə getmək üçün 2 780 avro ödəyən zəvvar bu il 3 600 dollar ödəməli olacaq.
Bu isə əlavə 1 410 lirə (568 AZN) ödəmək deməkdir. Zəvvarlar yeni qərara görə, həm narazı, həm də narahatdırlar.
Bəzi iqtisadçılar hesab edirlər ki, Türkiyədən 74 000 nəfərin həcc ziyarətinə gedəcəyi düşünüldüyü zaman zəvvarların cibindən əlavə 104 milyon 340 min lirə (42 milyon AZN) pul çıxacaq.
Bəzi turizm şirkətləri isə bu qərarın özəl şirkətlərə mənfi təsir etdiyini deyib.
Milli.Az