İsrail XİN rəhbəri ərəblərin başının balta ilə kəsilməli olduğunu deyib
İsrailin xarici işlər naziri Aviqdor Liberman dəhşətli fikirlərlə çıxış edib.

Anspress-in məlumatına görə, “Evimiz İsrail” partiyasının da sədri olan Liberman onlara qarşı olan ərəblər barəsində qorxulu fikirlər səsləndirib. Baş diplomat partiyasının Herzliya şəhərində keçirilən mitinqdə münaqişənin qeyri-diplomatik yolla həllindən danışıb regionda sülhü mümkünsüz sayıb.

“İsrailli ərəblərdən bizimlə eyni sırada olanlar hər şey əldə edə biləcəklər. Amma bizə qarşı olanların başı baltayla kəsilməlidir. Yoxsa bu torpaqlarda İsrail adlı ölkə qalmaz. “Nəkbə” (İsrailin 1948-ci il mayın 14-də İsraili elan etməsindən sonra 15 may tarixində 700 000 fələstinlinin qaçqın vəziyyətinə düşdüyü günün adıdır. Mənası fəlakət deməkdir) günü Fələstin bayrağı daşıyanlar burdan getsinlər. Onları Mahmud Abbasa hədiyyə etməyə hazıram. Bunun üçün çox da məmnun olaram”.

Baş diplomat sülhün də mümkünsüzlüyündən danışıb:

“İki ölkə arasında sülhün təmin olunması mümkün deyil. Fələstinlilər sülh istəyirsə bu, ərəb ölkələri, İsraildəki ərəblər və fələstinlilərin də ortaq olacağı bir sülh olmalıdır”.

Milli.Az