Nigeriyada "Boko Haram" qruplaşması rəhbəri Əbubəkr Şekau tərəfdarlarını İŞİD-lə birləşməyə çağırıb. Ekspertlərin sözlərinə görə bu, "Boko Haram" silahlılarının köməyə ehtiyac duyduğunu göstərir. Bu isə, öz növbəsində qruplaşmanın zəiflədiyindən xəbər verir.

ANS PRESS-in məlumatına görə, son bir neçə ayda Nigeriya hökuməti qruplaşmaya qarşı qonşu ölkələrin də dəstəyilə hərbi əməliyyatlar keçirir. Rəsmilər əməliyyatlar zamanı çoxlu sayda "Boko Haram" silahlılarının öldürüldüyündən xəbər verirlər.

Anti-Boko Haram koalisiya ötən gün, eyni zamanda, Çadda hərbi təlimlərə başlayıblar. "Boko Haram" silahlılarının bir müddət əvvəl Mao şəhərinə hücumu zamanı azı 8 mülki vətəndaş ölmüşdü.
Mənbə
Associated Press