Türkiyəli aktrisa Türkan Şoray seriallara çəkilməməyinin səbəbini açıqlayıb.

Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, "Şiddətə yox!" adlı gecəyə qatılan aktrisa jurnalistlərin suallarını da cavablandırıb.

O, rejissorların serial dəvətlərini qəbul etmədiyini bildirib:

"Seriallara etibar yoxdur. Çəkilir, 3 həftə sonra yayımı dayandırılır. Ona görə də qorxuram. Gərək elə bir ssenari olsun ki, tamaşaçı baxsın, maraqlansın. Serialların bu gün nə qədər önəmli olduğunu görürəm. Aktyorlar bununla hər bir evə "qonaq ola" bilir. Amma çəkiləcəyim ekran işi baxımlı olmaz deyə, narahatam".