Azərbaycan eyni zamanda bir neçə meydançada mübarizə aparır. Həm özgə meydançasında, həm də doğma divarlar arasında. Xüsusilə bu ibarə ona görə yerinə düşür ki, Azərbaycan dövləti doğma divarlar arasında da özgə meydançadakılarla və ya özgə meydançasında da doğma divarlarla arasındakılarla mübarizə aparır. İlk Avropa Oyunlarının Azərbaycanda keçiriləcəyi məlum olandan sonra, Azərbaycan öz qonaqlarını qarşılamağa hazırlaşır. Buna görə lazım olan addımlarını atır. İndi evə qonaq gələndə bizdə neynirlər. Şəhərlərimizi, küçələrimizi o saat bəzəyirik, ən dadlı nemətlərmizi dost süfrəsinə çıxaracağıq, gəzməli-görməli yerlərə aparacağıq, qonaqlara onların özlərini öz evində hiss etmələri üçün lazım olan bütün şəraiti yaratmağa çalışacağıq. Amma qonaqları başqa cür qarşılamaq isətəyənlər də tapılır. Onlar ölkəmizin ən pis yerlərini axtarıb, eşib üzə çıxarmağa, ən iylənmiş dırnaqarası nemətlərimizi qonaq süfrəsinə soxuşdurmağa, hətta öz analarını, üzr istəyirəm, yəni vətənlərini söyməyə belə amadədirlər… Belə necə deyərlər, qonaq gəlir dostlar və tostlar bizə… Dostun da tostun da dadına baxmağa dəyər…

Deyəsən axı bütün bunlar artıq bir dəfə olub. Xaricdən gələn təzyiqlər, Azərbaycanı qara yuyub ağ, daha doğrusu elə qara sərmələridir. Başlanacaq mötəbər beynəlxalq miqyaslı tədbir ərəfəsində həbsxanalardan qanundan avropasayağı qaçışın təşkilinə və ya dövləti onları dərhal buraxmasına çağırışlar da… Hər şeyin bizdə nə qədər pis olduğunu sübut etməyə çalışanların qulaq batıran harayı da yeni deyil. Fransızların uşaq güldürməyə çalışan birinin körpənin dodağına yüngülcə barmaq toxunduraraq çıxardığı səsə bənzər “Dejavyu” kəlməsini eləmək istəyirəm. Amma kimi aldadırıq axı? Bütün bunlar yuxuda baş vermir. Hər şey gerçəkdir! 3 il əvvəl “Avroviziya” ərəfəsində fəallaşan qulbeçələr, qullar, beçələr, onların davamçıları Bakıda keçiriləcək ilk Avropa Oyunları ərəfəsində də öz boşqablarında, öz ampulalarında. Yenə də eyni havalar, eyni şüarlar, eyni bəylər və onlara bəy statusunu verən ənənəvi xaricilər. Oyunlara qalan vaxt daraldıqca tələbkarların iştahı genəlir.

“Human Rights Watch”un oynlar ərəfəsində verdiyi Hesabatın bircə cümləsini deyəcəm. “Azərbaycan hökuməti birinci “Avropa Oyunları” başlamamışdan əvvəl ölkədə qanunsuz olaraq saxlanılan bütün fəalları və jurnalistləri azad etməlidir”.

Bu hökmün ardınca azadlıqdan məhrum edilən 12 nəfərin şəkli nümayiş olunur. Lap 12 imam və ya 12 apostol mərtəbəsində… İraq olsun… Tələb belədir: azad edilməlidir! Bəs edilməzlərsə, o zaman, qarşılığı nə olacaq? Bu da cavab: “Əks təqdirdə Avropa liderləri rəsmi Bakıya çatdırmalıdırlar ki, Avropa Oyunlarının açılış mərasiminə Avropanın yüksək səviyyəli nümayəndələri göndərilməyəcək”.

İlahi hər şey necə belə sadə ola bilərmiş… Deməli Azərbaycan dövləti hansısa əcnəbi təşkilatın tələbi ilə oturub durmalıymış, yoxsa ali qonaqlar təyyarələrini geri döndərəcəklər… Maraqlı burasıdır ki, bu tələbi irəli sürən tələbkarlar təzə bir şey fikriləşməyə belə tənbəllik edirlər, öz fəaliyyətlərində nəyisə dəyişməyə ehtiyac belə duymurlar e… “Avroviziya” ərəfəsində hansı texnologiyalarla işləyirdilərsə, yenə də o qaydalarla çalışırlar. Məsələn, hansısa üstü şüarlı maykalar ideyası, idmançılardan hansısa anda məhbusa dəstək məqsədilə onun adını çəkməyi istəmək, və ya arifə bir işarə kifayətdir məntiqi ilə onun həbs səbəbinə nəzərə, özü də kütləvi nəzərə çarpacaq eyham və sair. Azərbaycan oyunlara hazırlaşır. Elə Avropa da. Burada hər kəs öz oyununu oynamaqdadır. İlk baxışda bir az əvvəl iki cümləsini sitat gətirdiyim bəyanat. Azərbaycanda guya demokratik proseslərin maraqları uğrunda mübarizə faktoru kimi təqdim olunur. Bəs, əslində? Əslində isə məsələ çox sadədir. “Human Rights Watch” kimi qurumlar puluna çalışdıqları dövlətlərin maraqlarını təmsil edir. Onların guya demokratik islahatlar adı altında irəli sürdüyü tələblər də, məhbusların azad olunması çağırışları səsləndirməsinin səbəbləri də mənim burdan bir vaxtlar elə bu saat da tez-tez xatırlatdığım böyük və balaca balıqlar reallığı ilə bağlıdır. Bizi balaca balıq hesab edənlər yemək istəyirlər… Yəni quzunun günahı odur ki, qurd acdır və quzunu həzm rabedən keçirmək istəyir vəssalam. Yoxsa necə olur ki, Braziliyada futbol üzrə dünya çempionatı ərəfəsində bu ölkənin bütün iri şəhərləri laxlayır, stiadionların demək olar ki, əksəriyyətini polis qoruyur. Oyunlar az qala fövqəladə vəziyyət rejimi şəraitində başlayır… Tamaşaçıları bəzi maçlara heç buraxmırlar da, paytaxtda əsl küçə döyüşləri gedir, ölənlər var, yaralılar var. Amma beynəlxalq düşərgə bütün bunlara çox soyuqqanlı yanaşır. Məsələn, hətta vəziyyət dəyişsə də, ölkə defolt təhlükəsinə dirənsə də, küçə döyüşləri paytaxtın özünə belə gedib çıxsa da, heç kim, heç kimə oynları saxlamağı və ya ora ali rütbəli qonaqları gəlişinə yasaq qoymağı məsləhət görmür. Əmr etmir! Dünya çempionatı bitənə qədər ən təhlükəli ərazilərdə polis keşik çəkirdi. Azərbaycan isə sabitlik adasıdır. Bakı bu saat dünyanın ən sakit paytaxtlarından biridir. Və ən gözəl şəhərlərindən biri. Bəs belə olan halda niyə Azərbaycanı belə aşağılamaq, onu layiq olmadığı küncə qoymaq istəyirlər?! Axı hər şeyin bir qaydası var. İdman siyasiləşdirilməməlidir deyənlər niyə məhz Azərbaycana çatanda bu məşhur qanunu murdarlamaq istəyirlər?!

Mən ilk dəfə deyil ki, bu mövzuda danışıram. Azərbaycan qapılarını açır ki, qonaqları gəlsin, bizdə qonağı Allahın qonağı hesab edirlər. Qonaqlarımızın arasından isə elələri tapılır ki, hələ gəlməmişdən Azərbaycanın azad ölkə olmadığını sübuta yetirmək fikrinə düşür və bunu etmək üçün ən yerinə düşən yerə - həbsxanalara müraciət edirlər. Dostlar, həbsxanada azadlıq olmaz ki…. Adama deyən gərək ki, qardaş sən axı azadlığı həbsxanada niyə axtarırsan?! Azərbaycan rəhbərliyinə onun ölkədə beşinci kalona imkan verməməsini irad tutanlara görə, həbslərə yol verilməməli, tutulan kəslər dərhal buraxılmalı və bununla da nə olmalıdır? Ay sssağ ol! Bar-dax! Digər tərəfdən isə Avropa Oyunları bu il keçiriləcək əsas siyasi kampaniyanı - parlament seçkilərini müəyyən mənada arxa plana atır. Əslində isə hədəf məhz seçki ərəfəsində vəziyyəti nəzarətdən çıxarmaq və ya kimlərinsə onun öz nəzarəti altına almaq istəməsidir! Oyunları gözdən salmaq istəyən, Azərbaycanın bu işin öhdəsindən gələ bilməyəcəyini predoplata bəyan edənlərin uzaq mənzilbaşıları seçkilərdir. Bəs özgələrə bu neqativ məlumatları kim ötürür. Axı biz istəsək də, istəməsək də etiraf etməyə məcburuq ki, xarici informasiyalarla, donoslarla, zəhərlə təchiz edənlər elə özümüzün milli kərtənkələlərimiz, öz “stukaç”larımızdır. Əlbəttə, Oyunlar olacaq. Özü də Azərbaycanın adına layiq. Necə ki, “Avroviziya” ərəfəsində də qanımızın qaralacağına gizli bir xof var idi. Amma nə baş verdi. Mahnı da oxundu, elə kimlərinsə mahnıları da oxundu. Azərbaycan “Avroviziya”nı necə deyərlər oynaya-oynaya keçirdi. Bu dəfə də oynayacayıq. Oynaları elə.. Oynaya-oynaya da başa çatdıracayıq! Bunun belə olacağı məndə qətiyən şübhə doğurmur. Azərbaycanın Avropa Oyunlarını iflasa uğradacağı barədə çeynənib tüpürənlərin proqnozlarını onların öz vicdanlarına buraxıram. Oyunlar arxasında oynanılan oyunlar isə gec-tez bitəcək. Azərbaycanın yadında bu oyunlardan qalib övladlarnın predstalda bayrağımıza baxıb himni qürurla dinləməsi qalacaq. Ona görə də gəlin diqqətli olaq. Oyunçu aparsın deməyə də tələsməyək. Çünki bu alqışı etməzdən əvvəl müəyyənləşdirməliyik ki, bu oyunçu kimdir, nəçidir, nə istəyir və nəyi, nəhayət nəyimizi aparmaq istəyir?!

Mənbə
HESABAT: Mir Şahin